“Rusiyaya qarşı sanksiyalar uzadılacaq”

"Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzadılacaq”.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Finlandiya baş naziri Yuxa Sipilya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Düşünürəm ki, hazırda vəziyyət aydındır. Aİ-nin mövqeyi ondan ibarətdir ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarına əməl etməsi ilə uzlaşdırılmalıdır. Sanksiyaların uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”, - deyə o vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























