• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət Evindəki qurumların işçiləri istirahətə göndərildi

Hökumət Evindəki qurumların işçiləri istirahətə göndərildi
17.06.2016 17:24
İyunun 17-19-da Bakıda keçirilən "Formula-1" Avropa Qran Prisi ilə əlaqədar olaraq Hökumət Evində yerləşən dövlət qurumlarının işçiləri müvəqqəti olaraq evə buraxılıblar.

"Report” xəbər verir ki, qurumların əməkdaşları iyunun 21-dək istirahət edəcəklər.

İqtisadiyyat Nazirliyindən "Report”a bildirilib ki, nazirlik iyunun 15-dən 21-nə qədər işləməyəcək: "Nazirlik əməkdaşlarına iyunun 21-dən işə çıxmaları bildirilib. Lakin həmin vaxt nazirliyin işə bağlayacağı dəqiq məlum deyil”.

Energetika Nazirliyinin əməkdaşları isə iyunun 14-dən etibarən evə buraxılıblar və iyunun 20-də işə qayıtmaları planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyində isə əməkdaşlar iyunun 14-ü günün ikinci yarısından etibarən evə buraxılıb və iyunun 20-də işə qayıtmaları tövsiyyə olunub.
Qeyd edək ki, analoji vəziyyət Hökumət Evində yerləşən digər qurumlarda da mövcuddur.

Xatırladaq ki, Hökumət Evində Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yerləşir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol