• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Azərbaycana yeni kredit ayırdı

Dünya Bankı Azərbaycana yeni kredit ayırdı
18.06.2016 12:10
Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda icra olunan "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi"nə 66,7 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiqləyib.
 
Bu barədə "Report”a Bankın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Məlumatda deyilir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təmin etmə imkanlarının artırılmasından ibarətdir: "Azərbaycan əhalisinin təxminən 7%-i məcburi köçkün hesab edilir və onlar cəmiyyətin ən həssas hissələrindən birini təşkil edir. Bir sıra məcburi köçkünün hələ də keyfiyyətli infrastruktur, sosial xidmətlər və iş imkanlarına əlyetərliyi kafi səviyyədə deyil. Bu əlavə maliyyələşdirmə məcburi köçkünlərin, eləcə də məcburi köçkün olmayan əhalinin yerli, baza infrastrukturu, yaşayış şəraiti, gəlirləri, bacarıqları və iş imkanlarının təkmilləşdirilməsinə Dünya Bankının dəstəyinin davam etdirilməsi məqsədi daşıyır”.

"Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması Azərbaycan vətəndaşlarının bərabər rifahınin təmin edilməsi istiqamətində əsas prioritet təşkil edir və biz onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq istiqamətində hökumətin bu vaxta qədər həyata keçirdiyi səyləri təqdir edirik. Bu layihə daha yaxşı ictimai xidmətlər və xüsusilə, gənclər üçün gəlir gətirən imkanları təmin etməklə hazırda həyata keçirilən səyləri tamamlayacaq”, - deyə DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib.

Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bununla yanaşı, layihə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentlərini ehtiva edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə DB-yə qoşulub. Bu vaxtdan etibarən Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol