• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu hotellərdə yerləşdirilir"

"Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu hotellərdə yerləşdirilir"
18.06.2016 13:09
"Formula 1” yarışını izləmək üçün Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu hotellərdə yerləşdirilir.
 
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. 

Onun sözlərinə görə, qonaqlar hotellərlə yanaşı, "Atletlər kəndi”ndə də yerləşdirilib.

M.Ağakərimov bildirib ki, hazırda Bakıda 150-dən çox hotel var. Onların 20-dən çoxu 5, qalanları 4 və 3 ulduzludur.

Bakıdakı bütün hotellərin qonaq qəbul etmə imkanının olduğunu deyən M.Ağakərimov qonaqların yerləşdirilməsi ilə bağlı heç bir problemin olmadığını da söyləyib: 

"5 ulduzlu hotellər demək olar ki, dolub. Burada yerlər əvvəlcədən bronlaşdırılıb. Hətta yerlərin bəziləri zəmanətlə bronlaşdırılıb, yəni pulu əvvəlcədən ödənilib”.

Assosiasiya rəsmisinin sözlərinə görə, əgər bundan sonra əlavə qonaqlar gələrsə, onların da yerləşdirilməsi ilə bağlı heç bir problem olmayacaq. Həmin qonaqları 3, 4 ulduzlu hotellərdə yerləşdirmək mümkün olacaq:

"Bizim digər hotellərdə kifayət qədər yerimiz var. Digər tərəfdən, bizim "Atletlər kəndi”miz və digər yerlər var. Azərbaycanın beynəlxalq tədbirlər keçirmək baxımından böyük təcrübəsi var, bütün təşkilati məsələlər əvvəlcədən yüksək səviyyədə təşkil olunub”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol