• $
  • €
  • ₽
  • ₺
  • £

​Neftin qiyməti yenidən 50 dolları keçib

​Neftin qiyməti yenidən 50 dolları keçib
20.06.2016 15:02
 Qlobal valyuta bazarında ABŞ dollarının mövqelərinin zəifləməsi fonunda birjalarda "Brent" markali neftin qiyməti yüksələrək yenidən 50 dollar/barel psixoloji həddi keçib və artıq 50,10 dollar/barelə çatıb. 

"Report" xəbər verir ki, neft iyunun 6-da son 8 ayın maksimal həddinə (52,86 dollar/barel) yüksəldikdən sonra "Brexit" təhlükəsinin qlobal maliyyə bazarına yayılması ilə iyunun 13-dək 11,2% ucuzlaşaraq 46,94 dollar/barelə qədər enib. Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması ilə bağlı referendumu yaxınlaşdıqca dünyanın bir çox maliyyə aktivi dəyərdən düşür. Lakin İngiltərədə "Brexit" əleyhinə olan deputat Co Koksun (Jo Cox) öldürülməsi ölkənin Aİ-də qalması ehtimallarını artırıb. Bu səbəbdən cümə günü, iyunun 17-də neft və digər maliyyə aktivləri bahalaşmağa başlayıb.

"Report"un analitik qrupu hesab edir ki, neftin bahalaşması prosesi uzun sürməyəcək. Xatırladaq ki, iyunun 17-də ABŞ-da neft-qaz buruqlarının sayı ilə bağlı "Baker Hughes" şirkəti tərəfindən növbəti həftəlik hesabat açıqlanıb. Hesabata əsasən, neft buruqlarının sayı 9 ədəd və ya 2,7% artaraq 337, aktiv qaz quyularının sayı isə 1 ədəd və ya 1,2% artaraq 86-ya çatıb. Yaxın gələcəkdə neft quyularının aktivləşməsi hasilatın artmasına, bu da öz növbəsində neft qiymətlərinin düşməsinə gətirib çıxaracaq. Hazırda neftin qiymətinin müvəqqəti artmasına səbəb investor-spekulyatorların "Brexit"in baş tutmamasını ehtimal edərək, qızıldan başqa əksər maliyyə aktivlərində alıcı mövqeyi tutmasından irəli gəlir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol