• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell bütün DogmaCIN abunəçiləri üçün “Facebook”a pulsuz çıxış imkanı yaradır

Bakcell bütün DogmaCIN abunəçiləri üçün “Facebook”a pulsuz çıxış imkanı yaradır
20.06.2016 17:32
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün DogmaCIN tarifinə daha bir dəyər əlavə edir. İndi bu tarifə qoşulan hər bir abunəçi Facebook tətbiqinə pulsuz çıxış imkanı əldə edə biləcək.

"Facebook”a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) tətbiq olunur. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

"İndi "Facebook”dan istifadə etməyən smartfon istifadəçisi ilə çətin rastlaşa biləsiniz. Biz istəyirik ki, abunəçilərimiz bir-birinə daha yaxın olmaq və bir-biri ilə daha sərfəli tariflərlə əlaqə yaratmaq üçün daha çox imkana malik olsun”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. "Hər hansı bir Bakcell məhsulunun və ya xidmətinin yaradılması prosesində bizi motivasiya edən ən əsas amillərdən biri abunəçilərimizin bundan maksimal faydalanmasıdır. Buna görə də biz abunəçilərimizə daim bir-birindən cəlbedici məhsullar təqdim edirik. İnanırıq ki, abunəçilərimiz bu təklifdən faydalanacaq və şəbəkəmizdən istifadə edərkən həmçinin pula qənaət edəcəklər”, - deyə cənab Fedja Hadziç əlavə edib.

Bütün yeni və mövcud DogmaCIN abunəçiləri sadəcə *515*1#YES abunə kodunu yığaraq bu təklifdən faydalana bilərlər. Bu zaman nömrənin

balansından heç bir haqq tutulmur və qoşulan abunəçilər Facebook tətbiqindən 7 günlük pulsuz istifadə edirlər.

7 günlük sınaq istifadə müddətindən sonra abunəçi "Facebook”dan pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. Abunəçi hər həftə öz nömrəsinin balansına birdəfəlik 2 AZN-dən 4.99 AZN-dək artırdıqda 7 gün, ay ərzində 5 AZN və ya daha artıq vəsait artırdıqda isə 30 gün müddətində "Facebook”a pulsuz çıxış imkanı qazanır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol