• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov: “2016-cı ildə pul siyasətinin çevikliyinin artırılması siyasəti həyata keçiriləcək”

Elman Rüstəmov: “2016-cı ildə pul siyasətinin çevikliyinin artırılması siyasəti həyata keçiriləcək”
20.06.2016 18:44
"Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.
 
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) "APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov sözügedən təhsil müəssisəsində "İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edərkən deyib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. E.Rüstəmov iqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb: "Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir”.
 
E.Rüstəmov makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən də danışıb.
 
Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.
 
E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: "Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.
 
Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol