• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: Büdcədənkənar fondunun artırılması təkmilləşdirməyə xidmət edəcək

Nazir müavini: Büdcədənkənar fondunun artırılması təkmilləşdirməyə xidmət edəcək
21.06.2016 21:51
Vergilər Nazirliyinin büdcədənkənar fondunun vəsaitlərinin həcminin artırılması vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Trend-ə deyib ki, büdcədənkənar fond yalnız bu və ya digər sahələrdə çalışan işçilərin əmək haqlarına əlavə və ya mükafat demək deyil:

"Büdcədənkənar fond bir çox sahələrdə var. Bu, dünyanın bir çox ölkələrində tətbiq olunan bir məsələdir. Büdcədənkənar fondun əsas hissəsi sistemin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir”.

Nazir müavini bildirib ki, ilk növbədə Vergilər Nazirliyi elektronlaşma səviyyəsi çox yüksək olan bir dövlət qurumudur və bu elektron məsələlərin həlli də kifayət qədər böyük vəsait tələb edir:

"Bizim əsas istiqamətimiz bunadır. Bundan başqa digər sahələr də var, o cümlədən işçilərin əmək haqlarına əlavələrin, onlara mükafatların verilməsi, yəni onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılacaq addımlar. Düşünürəm ki, bu işlərin görülməsi, yəni büdcədənkənar fondun həcminin artırılması vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək ki, gələcək də biz onun nəticələrini vergi daxilolmalarında görəcəyik”.

Qeyd edək ki, Milli Məclisin iyunun 14-də keçirilən növbədənkənar plenar iclasında vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları hesabına vergi orqanlarının büdcədənkənar fondunun artırılmasına dair Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklikdən əvvəl, büdcədənkənar fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına formalaşdırılırdı. İndi isə fond snaksiyaların 50 faizi hesabına formalaşacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol