• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Birbaşa xarici investisiyalar 10-15% azalacaq

BMT: Birbaşa xarici investisiyalar 10-15% azalacaq
22.06.2016 23:20
Qlobal iqtisadiyyatda yaranan qeyri-müəyyənlik səbəbindən 2016-cı ildə dünyada birbaşa xarici investisiyaların həcminin 10-15% azalacağı proqnozlaşdırılır. 

"Report"un BMT-yə istinadən verdiyi xəbərə görə, qeyri-müəyyənlik əsasən məcmu tələbin azalması, xammal ixrac edən ölkələrdə aşağı iqtisadi artım sürəti və vergi nəzarətinin gücləndirilməsi səbəbindən yaranıb.

Beynəlxalq bazarlarda müşahidə olunan konsolidasiyalar (M&A) 2015-ci ilin yekununda bütün dünyada birbaşa investisiyaların həcminin son 8 ilin maksimal həddi - 1,76 trln. dollara çatmasına səbəb olub. Bu, 2008-2009-cu illərin qlobal maliyyə böhranından sonra ən yüksək göstəricidir. Belə ki, birbaşa xarici investisiyalar 2015-ci ildə 2014-cü il ilə müqayisədə 38% artıb. Qlobal M&A əməliyyatları 2015-ci ildə 721 mlrd. dollar təşkil edib və 2014-cü ilin analoji göstəricisini 67% üstələyib. 

Qeyd edək ki, 2015-ci ilin ən böyük M&A əməliyyatı "Actavis" ilə "Allergan" şirkətlərinin birləşmə nəticəsində baş tutub. İkinci sırada "Sigma-Aldrich Corp."un Almaniyanın "MerckKGaA" şirkəti tərəfindən alınması qərarlaşıb. Üçüncü isə "GlaxoSmithKline"ın biznesinin bir hissəsini İsveçrənin "Novartis"ə 16 mlrd. dollara satması əməliyyatı olub. 

Maraqlıdır ki, hər üç əsas əməliyyat əczaçılıq sektorunda reallaşıb. BMT-nin hesabatına görə, bu iri ticarət anlaşmaları diqqətə alınmasa, birbaşa xarici investisiyaların axını 2015-ci ildə 15% artıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol