• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Hava Yolları" ilk rəsmi spottinqi elan edir

Azərbaycan Hava Yolları" ilk rəsmi spottinqi elan edir
23.06.2016 15:17

"Azərbaycan Hava Yolları" Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi spottinq-tədbiri barədə elan edir.


Rəsmi spottinq iyulun 1 və 2-də keçiriləcək.


 

Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. foto-yaddaşa almaq üçün unikal imkan yaradılacaq.

 

Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

 

 

İştirak üçün ərizələr iyunun 23-dən 29-dək [email protected] e-mail ünvanına qəbul edilir. Məktubun mövzu hissəsində "Spottinq üçün ərizə", mətndə isə - adı, soyadı və ata adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlığın siyahısını qeyd etmək lazımdır. Həmçinin fotoşəkillərinizin dərc ediləcəyi veb sayt və ya sosial şəbəkələrdə səhifələri (əgər varsa) göstərmək arzuolunandır .

 

Tədbirin keçirilmə tarixi:


• 1 iyul, cümə - peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq.

• 2 iyul, şənbə - foto və aviasiya həvəskarları üçün spottinq.

 

İştirakçıların minimum yaş həddi - 18 yaş.


 

Diqqətinizə çatdırırıq ki, iştirakçıların hər qrupunda yerlərin sayı məhduddur, bu məqsədlə ərizəni maksimum operativ və yuxarıda sadaladığımız tələblərə uyğun göndərmək lazımdır. Spottinqdə iştirakın təsdiqi kimi "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.

 

Daha ətraflı məlumat üçün "Azərbaycan Hava Yolları”-nın rəsmi Facebook səhifəsinə müraciət etmək olar: www.facebook.com/azalqsc


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol