• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Respublikası Vergilər Nazirliyi və Caspian European Club (Caspian Business Club) əməkdaşlığı aktivləşdirir

Azərbaycan Respublikası Vergilər Nazirliyi və Caspian European Club (Caspian Business Club) əməkdaşlığı aktivləşdirir
29.05.2020 02:48
"İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri biznes nümayəndələri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında daimi dialoqu təkmilləşdirmək xahişi ilə Caspian European Club-a (Caspian Business Club) müraciət ediblər", - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. 

O qeyd edib ki, bununla əlaqədar Caspian European Club (Caspian Business Club) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəhbərliyinin iştirakı ilə aylıq biznes-forumların təşkilinə başlayır.

Telman Əliyevin sözlərinə görə, Vergilər Nazirliyi ilə birinci biznes-forum 2016-cı il iyunun 29-da Bakıda təşkil olunacaq və onun işində vergilər nazirinin müavini İlkin Vəliyev, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi Zaur Fatizadə iştirak edəcək.

"Bizim məqsədimiz şirkətlərin Vergilər Nazirliyinin nümayəndələri ilə operativ əməkdaşlığın yeni səviyyəsini nizamlamaqdan ibarətdir", - deyə T.Əliyev qeyd edib.

Biznes-forumlar çərçivəsində şirkətlərin təklifləri dinləniləcək, biznesmenlərin qarşılaşdıqları problemlər müzakirə olunacaq və onların həlli yollarına baxılacaq. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin nümayəndələri həmçinin biznes-forumlarda iştirak edən şirkətlərin suallarını cavablandıracaqlar", - deyə T.Əliyev vurğulayıb. O, Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group-un bütün fəaliyyəti ərzində sıx əməkdaşlığa və biznesmenlərə göstərilən hərtərəfli dəstəyə görə nazir Fazil Məmmədovun simasında Vergilər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir müavinlərinə minnətdarlığını bildirib.

T.Əliyevin sözlərinə görə, biznes-forumlar başa çatdıqdan sonra Caspian European Club-un (Caspian Business Club) Ekspert Şurası Vergilər Nazirliyi ilə birlikdə vergi qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər planı hazırlayacaq. Həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyasına, Azərbaycan Nazirlər Kabinetinə və Azərbaycan Milli Məclisinə (parlament) göndəriləcək. Qeyd edək ki, biznes-forumlarda iştirak üçün www.caspianenergy.org linki vasitəsilə qeydiyyat bölməsində qeydiyyatdan keçmək lazımdır.

* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün: E-mail: [email protected]; [email protected] URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com; www.caspianenergy.info; www.caspianenergy.photo; www.caspianenergy.tv; www.caspianenergy.media; www.caspianenergy.ceo; www.caspianenergyaward.com; www.award.az; www.award.ceo; www.brandaward.org; www.oil-gas.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol