TAP çərçivəsində Yunanıstana yatırılacaq investisiyanın həcmi açıqlandı

"Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən iri və ən çətin layihələrindən biridir”.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Energy Greece” (SOCAR-ın Yunanıstandakı törəməsi) şirkətinin rəhbəri Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsası olan "Şahdəniz-2” yatağının işlənilməsinin 70%-i artıq yekunlaşıb.
O bildirib ki, uzunluğu 871 kilometr olan Trans-Adriatik qaz boru xətti (TAP) layihəsinin ümumi dəyəri 6,2 milyard avro təşkil edir:
"Bu layihənin icrası zamanı Yunanıstan iqtisadiyyatına 2,3 milyard avro həcmində birbaşa investisiya yatırılacaq. Layihə 8 min iş yerinin açılmasına səbəb olacaq ki, bunun da 2 mini daimidir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























