• $
  • €
  • ₽
  • ₺
  • £

Aztəminatlı ailələr də ipoteka krediti ala biləcək

Aztəminatlı ailələr də ipoteka krediti ala biləcək
24.06.2016 11:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, "Azərbaycan İpoteka Fondu”nun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərmanları imzalayıb. 

Beləliklə, həm institutsional, həm də sosial-iqtisadi əhəmiyyəti olan addım atılıb. 

Oxu.Az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı islahat tədbirlərini şərh edib:

"Yeni qaydalara əsasən, İpoteka Fondunun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, sədrinin və onun müavininin vəzifəyə təyin və azad edilməsi, Fondun yenidən təşkili və ləğvi məsələləri Prezidentin müstəsna səlahiyyətinə aid edilib.

Yeniliklərdən biri də "Elektron hökümət” portalında "Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci ilin yanvar ayının 1-dən tətbiq edilməsinin nəzərdə tutulmasıdır. 

Beləliklə, bu sahədə səmərəlilik, hesabatlılıq və şəffaflığın daha da artırılması mümkün olacaq. Bundan isə ən çox Azərbaycan vətəndaşı qazanır. 

Bundan başqa, ipoteka kreditlərinin verilməsinə dair tələblərin daha sosialyönümlü, reallığa uyğun olması diqqəti cəlb edən məqamlardandır.

Belə ki, yeni qaydaya əsasən, kreditin maksimal məbləğinin ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilməsi, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunması müsbət yeniliklərdəndir.

Cəmiyyət tərəfindən təşkil olunan "Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatlar, kredit almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində ona münasib görüş vaxtını seçməklə göndərilməsi və qeydiyyata alınması, ödənişlərin elektron formada həyata keçirilməsi və s. kimi yenilikləri əks etdirir.

Onun sözlərinə görə, dəyişkliklər nəticəsində Azərbaycan vətəndaşlarının daha geniş təbəqələri ipoteka kreditindən yararlanacaq. Məsələn, gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka alacaqlar: 

"Şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün, ən azı 3 il dövlət qulluğunda qulluq edən şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs və fəlsəfə doktoru, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs də ipoteka ala biləcək.

Bundan başqa elmlər doktoru, ən azı 15 il dövlət qulluğunda olan şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli ipoteka krediti ala biləcəklər. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə də ipoteka ayrılacaq.

Yeni ipoteka qaydalarında əhalinin xeyrinə olan daha bir məsələ kreditin məbləğinin mənzilin qiymətinin 85%-dək artırılmasıdır. Əvvəllər bu məbləğ 80% idi”.

Yeni qayda ilə ipoteka krediti daha çox orta və aztəminatlı insanlar üçün əlçatan olacaq. Belə ki, ipoteka krediti ilə bahalı ev almaq mümkün olmayacaq: 

"Güzəştli ipoteka yalnız orta bazar qiymətindən baha olmayan "kupça”lı mənzillərə veriləcək. Əslində bu il 11 aprel tarixində yaradılmış Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) də daha çox orta və aztəminatlı təbəqə üçün mənzil təminatını prioritet seçib.

Azərbaycan dövləti uyğun qiymətə mənzillə təminat məsələsini "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədində də təsbit edib.

Deməli, dövlət qısa, orta və uzunmüddətli dövrdə əhalinin mənzillə təminatı məsələsini prioritet istiqamət kimi saxlayacaq.

Ümumilikdə, güzəştli ipoteka kreditinin verilməsi qaydalarında dəyişiliklər bu sahədə sistemli və davamlı islahatlar aparılmasını göstərir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol