• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçilərin 84%-i Müştəri Xidmətlərini yüksək balla qiymətləndirib

“Nar” abunəçilərin 84%-i Müştəri Xidmətlərini yüksək balla qiymətləndirib
28.06.2016 17:37
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan "Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail oldu.

 Keyfiyyətin Təminatı qaydalarına əsasən "Nar” müştəri xidmətlərinə zəng etmiş hər bir abunəçi operator tərəfindən göstərilmiş xidmətlərin keyfiyyətini qiymətləndirmək üçün zəngin sonunda sorğuya yönəldilir. Son nəticələrə əsasən, 84% "Nar” abunəçiləri Çağrı Mərkəzində onlara göstərilən müştəri xidmətlərini ən yüksək balla qiymətləndirmişlər.

Bu yüksək göstərici, "Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olmuşdur. "Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərilə özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla "Nar”ın xidmətlərindən yararlana bilər. Qeyd etmək lazımdır ki, "Nar” öz müştəri xidmətlərini bilavasitə sosial media üzərindən təqdim edən ilk və yeganə mobil operatordur.

Xatırladaq ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Aparıcı sosial media marketinq şirkəti olan socialbakers.com saytının araşdırmalarına görə, son 90 gün ərzində sosial şəbəkələrdə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə "Nar” Azərbaycanda mobil operatorlar arasında birincidir. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də "Facebook”, "Twitter” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

Daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol