• $
  • €
  • ₽
  • ₺
  • £

"Moody`s" TANAP və TAP-ın tərəfdaşına reytinq verdi

"Moody`s" TANAP və TAP-ın tərəfdaşına reytinq verdi
30.06.2016 12:05
 "Moody's" beynəlxalq reytinq agentliyi İtaliyanın "Saipem" şirkətinin mümkün defolt reytinqini "Ba1" səviyyəsində təyin edib.

"APA-Economics" "Moody`s"in yaydığı məlumata istinadən xəbər verir ki, "Saipem" şirkətinin 2 mlrd. avro dəyərindəki yeni ortamüddətli notlarının reytinqi də "Ba1" səviyyəsində müəyyənləşdirilib. Proqnoz isə stabildir.
 
Reytinq agentliyinin ekspertləri hesab edir ki, son bir neçə ildə işçi kapitalının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq şirkətin likvidliyi kifayət səviyyədə olacaq. Agentliyin proqnozlarına əsasən, "Saipem" 2016-cı ildə bir neçə yüz milyon avro həcmində sərbəst nağd pul axınına malik olacaq və heç bir dividend ödəməyəcək.
 
Qeyd edək ki, TAP konsorsiumu "Saipem" şirkəti ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb.
 
36 düymlük sualtı boru xətti Adriatik dənizindən - Albaniya sahilləri və İtaliyanın cənubundan keçməklə 105 km uzunluqda olacaq.
 
EPCİ çərçivəsində Albaniya və İtaliya ərazisində dənizdə boru kəmərinin, fiber-optik kabellərin çəkilməsi və quraşdırma işləri aparılacaq.
 
Bundan başqa, "Saipem" TANAP layihəsinin dənizdən keçən hissəsində boru xəttinin və fiber optik kabel mühəndisliyi, satınalma və inşaat işlərini həyata keçirəcək 6 şirkətdən biridir. Bununla bağlı, TANAP konsorsiumu italyan şirkəti ilə müvafiq müqavilə imzalayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol