• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” sədrinin sədr müavinləri təyin etmək səlahiyyəti ləğv olundu

“Azərsu” sədrinin sədr müavinləri təyin etmək səlahiyyəti ləğv olundu
04.07.2016 14:38
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədrinin müstəqil olaraq Cəmiyyətin sədr müavinləri təyin etmək səlahiyyəti ləğv olunub.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
 
Bundan əvvəl "Azərsu” ASC sədrinin Cəmiyyətin sədr müavinlərini vəzifəyə təyin etmək və onları tutduqları vəzifədən azad etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən, "Azərsu” ASC sədri yalnız Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin sədrinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək. Eyni zamanda "Azərsu” ASC-nin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək üçün də Nazirlər Kabinetinin razılığı tələb olunacaq.
 
"Azərsu” ASC sədrinin müstəqil şəkildə Cəmiyyətin filiallarının və nümayəndəliklərinin yaradılması və ləğvi sahəsində səlahiyyətləri də məhdudlaşdırılıb.
 
Dəyişikliyə əsasən, "Azərsu” ASC sədri Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edə biləcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol