• $
  • €
  • ₽
  • ₺
  • £

PA sektor müdiri: "Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyi ilə bağlı problemlər var"

PA sektor müdiri: "Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyi ilə bağlı problemlər var"
05.07.2016 12:45
Bu gün Bakı Biznes Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin başlıca istiqamətləri çərçivəsində "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilib.

"APA-Economics" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, Azərbaycanda son illər neft gəlirlərinin artması hesabına ölkənin çoxsaylı problemləri, əhalinin sosial cəhətdən vacib problemləri həll edilib: "Əhalinin yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb, onların həyat səviyyəsi yüksəlib. Son illərdə iqtisadiyyatın yenidən qurulması və iqtisadi inkişaf üçün çox geniş miqyaslı infrastruktur quruculuğu işləri aparılıb. Bütün bu tədbirlər bu günün və gələcəyin inkişafı üçün müvafiq zəmin yaradıb. Əlbəttə ki, neft gəlirlərinə daim arxalanmağın düzgün olmadığını bilirik. Bu asılılığın azaldılması məqsədi ilə "Azərbaycanın 2020 gələcəyə baxış konsepsiyası" qəbul edilib. Bu konsepsiyada qeyri-neft sektorunun inkişafı və digər prioritetlər vurğulanıb. Konsepsiyada əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması əsas məqsədlərdən biri kimi qeyd olunub".
 
Nazir müavini bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, qeyri-sabitlik dünya iqtisadiyyatında olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsir edib: "Azərbaycan iqtisadiyyatı ən son imkanlara qədər xarici şoklara davamlı müqavimət göstərib. Azərbaycan hökuməti xarici şokların aradan qaldırılması və gələcəkdə daha davamlı müqavimət üçün bütün səylərini səfərbər edib və konsepsiyada nəzərdə tutulan prioritetlərin sürətli icrasına başlayıb. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Azərbaycanda biznesin qurulması üçün şərait daha da yaxşılaşdırılıb. Sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı yoxlamalar iki il müddətinə dayandırılıb. Əgər ötən ilin 5 ayında dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində 4000 yoxlama aparılıbsa, bu ilin eyni dövründə cəmi 46 yoxlama aparılıb. Bundan başqa, lisenziya və icazələrin sayı dəfələrlə azaldılıb. Bütün bu tədbirlər Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün çox vacib məsələlərdir".
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, okeana çıxışı olmasa da Azərbaycan transkontinental mərkəzə çevrilib: "Azərbaycan sənayenin inkişafı üçün çox yaxşı imkanlara malikdir. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ndə sənaye bir istiqamət kimi nəzərdə tutulub. Yol xəritəsinin hazırlanması çərçivəsində birinci mərhələdə 10 kitab hazırlanıb. 1500 səhifəyə yaxın materialda iqtisadiyyatın inkişafı ilə bağlı dünyada ən yaxşı təcrübələr öz əksini tapıb".
 
Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin hazırlanması məqsədilə 8 əsas sektor, 3 köməkçi sektor olmaqla ümumilikdə 11 sektor üzrə beynəlxalq təcrübə öyrənilib: "Biz strateji yol xəritəsinin hazırlanması ilə bağlı ikinci mərhələyə qədəm qoymuşuq. İkinci mərhələdə  beynəlxalq təcrübədən qaynaqlanaraq 11 sektor üzrə Azərbaycanda görülməli olan layihələr ilə bağlı tədbirlər planı hazırlanacaq. Strateji yol xəritəsində sənayenin inkişafına xüsusi diqqət verilib. Sənayenin 3 istiqaməti üzrə yəni, neft-qaz, kimya sənayesinin, ağır maşınqayırma sektorunun, eləcə də kiçik və orta sahibkarlığın inkişaf istiqamətində sənayenin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulub”.
 
E. Mikayılov əlavə edib ki, Azərbaycanda sənayenin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər görülüb. Bununla belə, o bəzi problemlərin olduğunu qeyd edib: "Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi ilə bağlı problemlər var. Ölkədə rəqabətqabiliyyətliliyi artırmaq üçün istehsalda innovasiyaların tətbiqinə, innovasiya dəyər zəncirinin geniş təhlilinə, texnoloji transferə xüsusi diqqətin artırılmasına ehtiyac var. Bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən çox ciddi addımlar görülür. Sənaye parkları yaradılır, bu istiqamətdə platforma formalaşır. İkinci ən mühüm məsələ ölkədə istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verməsidir. Əksər məhsulların beynəlxalq standartlara cavab verməməsi bu sahədə ciddi islahatların aparılmasını zəruri edir. Bu baxımdan milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.  Üçüncüsü, əhəmiyyətli xarici investisiyaların yatırılması üçün idarəetmədə
bilik və bacarıqların artırılması mühüm əhəmiyyət kəsb edir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol