• $
  • €
  • ₽
  • ₺
  • £

​TAP 200 min avro ayıracaq

​TAP 200 min avro ayıracaq
08.07.2016 12:27
Trans-Adriatik Boru Kəməri (TAP) AG" birliklərin və qeyri-kommersiya təşkilatlarının layihələrini dəstəkləmək üçün 200 min avro ayıracaq.

"Report" TAP-ın saytına istinadən xəbər verir ki, bu, TAP-ın Melenduqnoda (İtaliya) həyat səviyyəsinin mədəni, sosial və ətraf mühit layihələri vasitəsilə yüksəlməsinə yönəldilmiş ilk icma investisiya proqramıdır.

Bu təşəbbüs "TAP start" adlanır və layihə TAP-ın İtaliya üzrə ölkə meneceri Mişel Elia və konsaltinq şirkəti olan "Cles"in prezidenti Alessandro Leon tərəfindən birifinq zamanı təqdim olunub.

Melenduqno bələdiyyəsində qeydiyyatdan keçən birliklər və qeyri-kommersiya təşkilatları iyulun 15-dən sentyabrın 30-dək qəbul olunan layihələr üçün 25 min avroya qədər maliyyələşmə qazanır. Layihələr TAP-ın sosial sahə və ətraf mühit investisiyalarında olan 4 istiqamətdə - iqtisadi inkişaf, yaşayış keyfiyyəti, bacarıqların inkişafı yaxud da ətraf mühitin mühafizəsi üzrə olmalıdır.

Layihələr müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər 2016-cı ilin sonunda elan olunacaq. Layihələr isə 2017-ci il ərzində həyata keçiriləcək.

TAP-ın məqsədi tikinti dövründə ildə iki dəfə qəbul edilməklə ümumi dəyəri 1,4 mln. avroluq əlavə elanlar etməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol