• $
  • €
  • ₽
  • ₺
  • £

Dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb

Dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb
09.07.2016 17:00
Bu ilin yanvar-may aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 3 dəfə azalıb. Başqa sözlə, bu ilin iyun ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 792 mln. 258,7 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 8 mlrd. 298 mln. 501,8 min manat təşkil edib.

Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı
1 mlrd. 377 mln. 263,8 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 5 dəfə azdır. Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 414 mln. 994,9 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.
 
Bu ilin 5 ayında avro ilə əməliyyatların həcmi isə 1,8 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-may aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 363 mln. 52,5 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 641 mln. 772,5 min avro təşkil edib.
 
Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 221 mln. 944,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,3 dəfə azdır. Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 141 mln. 107,4 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol