• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev: Hotellərdə qiymətlərə dövlət təsir edə bilməz

Əbülfəs Qarayev: Hotellərdə qiymətlərə dövlət təsir edə bilməz
11.07.2016 13:48
Azərbaycanda hotellərdə qiymətlərin formalaşdırılmasına dövlət təsir edə bilməz.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir: "Qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur. Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

Nazir vurğulayıb ki, Azərbaycanda turirzm bazarı heç bir monopoliyaya məruz qalmr: "Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir”.

Ə.Qarayev bildirib ki, Azərbaycanda turizimin inkişafı prioritet istiqamətlərdən biridir: "Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.

Nazir əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xeyli müsbət təsir edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol