• $
  • €
  • ₽
  • ₺
  • £

DSMF-yə yeni direktor və müavinlər təyin olundu

DSMF-yə yeni direktor və müavinlər təyin olundu
13.07.2016 15:39
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.
 
Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, Z.Babayev 1951-ci ildə anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-iqtisad fakultəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırması Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri, sonralar Azərbaycan Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şöbə müdiri əlavə edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.

Xatırladaq ki, Azərbaycan Prezidentinin "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Dövlət başçısının "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamənin 5.2-ci maddəsinə əsasən, Fonda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol