• $
  • €
  • ₽
  • ₺
  • £

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb
14.07.2016 22:07
Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,6 faiz, emal sənayesi üzrə 9,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə 2,5 faiz bahalaşıb. 
 
Bu barədə ANN.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,7 faiz, emal sənayesi üzrə 0,8 faiz bahalaşıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,7 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri avtomobil və qoşquların istehsalı üzrə 11,0 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb. Tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, kimya sənayesi üzrə 3,0 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 2,6 faiz, içki istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, geyim istehsalı və metallurgiya sənayesi üzrə 0,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol