• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Tax-free” sisteminin müvəkkil bankı seçildi

Azərbaycanda “Tax-free” sisteminin müvəkkil bankı seçildi
18.07.2016 12:13
Azərbaycanda "Tax-free” sisteminin tətbiqi ilə bağlı dövlət qurumlarının əməkdaşlıq edəcəyi kommersiya bankı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi "Bank Silk Vey” ASC-ni seçib.

Xatırladaq ki, "Tax-free” sisteminin tətbiqinə ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda başlanması nəzərdə tutulub. Banklar arasında seçim edilərkən "Bank Silk Vey"in hava limanında 2 saylı filialının və 1 saylı şöbəsinin fəaliyyət göstərməsi əsas götürülüb.

Əldə edilmiş razılaşmaya görə, bank xarici vətəndaşlara ödəniləcək məbləğin 20%-ni xidmət haqqı kimi tutacaq.

Qeyd edək ki, "Tax-free” sistemi yaşı 14-dən çox olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana səfər edərkən alış-veriş zamanı ödədiyi məbləğin bir hissəsinin (əlavə dəyər vergisinin - ƏDV) onlara geri qaytarılmasını nəzərdə tutur.

Bununla bağlı qayda Prezident İlham Əliyevin iyulun 12-də imzaladığı Fərmanla təsdiq edilib. Fərmana əsasən, müvəkkil bank 15 gün ərzində müəyyən edilməli idi.

"Tax-free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş mağazalar həyata keçirə bilərlər. Bununla yanaşı, həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol