Şahin Mustafayev Zərdabda vətəndaşları qəbul edəcək

İyulun 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.
ANN.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev Mərkəzi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-88-67 (21- 79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























