• $
  • €
  • ₽
  • ₺
  • £

Yol-nəqliyyat hadisələrində ölənlərin sayı 25 faiz azalıb

Yol-nəqliyyat hadisələrində ölənlərin sayı 25 faiz azalıb
23.07.2016 15:13
 Son illər Azərbaycanda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. 
 
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya  bildirib ki, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 13,4% (140), ölümlərin sayında 25,3% (103), yaralıların sayında isə 13,2% (147) azalma müşahidə edilib. 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb.
 
K.Əliyev qeyd edib ki, bu azalma 2015-ci ildə də qeydə alınıb: "2014-cü illə müqayisədə 2015-ci ildə 415 hadisə, 230 ölü, 411 yaralı sayı azalıb. Bu da müvafiq olaraq yol qəzalarının sayının 15,7%, ölənlərin sayının 50,5%, yaralanların sayının isə 15,4% azalması deməkdir”.
 
K.Əliyev xatırladıb ki, bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova mətbuata açıqlamasında 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artdığını bildirib: "Əslində isə son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilib. Bu rəqəmlər 2005-ci ildən öncəki rəqəmkləri əhatə edir və həqiqətən də həmin ilə kimi ölkədə yol qəzalarının sayında ciddi artım var idi”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol