• $
  • €
  • ₽
  • ₺
  • £

Analitik: “FED iyulda uçot dərəcəsini artırmayacaq”

Analitik: “FED iyulda uçot dərəcəsini artırmayacaq”
25.07.2016 22:00
ABŞ-da makroiqtisadi göstəricilərin artması onu göstərir k, FED (Federal Ehtiyatlar Sistemi) iqtisadi artımın perspektivlərinə güvənir.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "Sberbank"ın analitiki Tom Levinson bildirib.
 
Onun sözlərinə görə, FED ilin sonuna kimi uçot dərəcəsini artıracaq, xüsusilə də bu həftə ərzində tənzimləyici orqan uçot dərəcələrinin sentyabrda keçiriləcək iclasda artırılması ilə bağlı proqnoz verəcək. "Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarı cari ildə uçot dərəcəsinin artırılması ilə bağlı bazarın gözləntilərini yox etdi. Buna baxmayaraq,  Brexit-in təsiri hələ ki məhdud şəkildədir. ABŞ-ın bir sıra güclü makroiqtisadi hesabatları bazarı uçot dərəcələrinin artırılmasına müsbət yöndə yanaşmağa vadar edib”, deyə analitik qeyd edir.
 
T. Levinson əlavə edib ki, FED-in iyunun 23-də keçirilən iclasında öz ritorikasını bir qədər yumşaltmasına səbəb ABŞ-da may ayı üçün işsizliklə bağlı açıqlanan göstəricilərin son bir neçə ildə ən aşağı səviyyədə olması və Brexit ərəfəsində gərginliyin olması idi: "Hal-hazırda bu gözləntilər zəifləyib. İyunda ABŞ-da kənd təsərrüfatı sahəsi istisna olmaqla, məşğulluq əhəmiyyətli dərəcədə artıb. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarı sürpriz olsa da, bazar bu zərbədən üzüağ çıxdı”.
 
"Düşünürük ki, FED uçot dərəcəsini ilin son rübündə qaldıracaq. Buna baxmayaraq, çərşənbə günü sentyabrda keçiriləcək görüşdə uçot dərəcəsinin artırılması ilə bağlı proqnozlar verilsə, bizim üçün bu, heç də təəccüblü olmayacaq. Əgər FED rəsmisi bildirsə ki, sentyabrda uçot dərəcəsinin artırılması məsələsinə baxıla bilər, bu zaman dollar möhkəmlənəcək. Buna baxmayaraq biz düşünürük ki, FED-in iyulda keçirilən iclası bazarda volatilliyin güclənməsinə gətirib çıxarmayacaq”, - deyə T. Levinson qeyd edib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol