• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi bir azalma yoxdur”

“Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi bir azalma yoxdur”
26.07.2016 13:51
"Türkiyə etibarlı, təhlükəsiz bir ölkədir”

"Türkiyə dünyanın turizm məqsədi ilə gedilən digər ölkələrindən heç bir fərqi olmayan etibarlı, təhlükəsiz bir ölkədir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, terror təhlükəsi Türkiyədə də var, lakin bu, təkcə Türkiyəyə aid problem deyil: "Yaxın vaxtlarda fərqli ölkələrdə yaşanan hücumları hamımız gördük. Bu, dünyanın çox acı reallığıdır. Türkiyə terror təhlükəsinə qarşı çox ciddi mübarizə aparan ölkədir, təcrübəmiz var və buna qarşı lazımi tədbirlər görürük".

Səfir bildirib ki, iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra ölkəyə gələn turistlərin sayında cüzi azalma hiss olunub: "Amma Türk Hava Yollarının, Türkiyənin turizm qurumlarının məlumatlarına görə, turist sayında, xüsusi ilə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi bir azalma yoxdur". 

İsmayıl Alper Coşqun qeyd edib ki, ölkədə fövqəladə vəziyyətin elan olunması əslində həyatın normala dönməsini təmin etmək üçün verilən qərardır: "Azərbaycanlı qardaşlarımızın ürəyi rahat olsun, Türkiyə həm dimdik ayaqdadır, həm də turizm potensialı ilə həmişə olduğu kimi onların xidmətindədir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol