• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ​30 minə yaxın sakin köçürülməlidir

Bakıda ​30 minə yaxın sakin köçürülməlidir
26.07.2016 15:31
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan "Pilot layihə” çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kv.metrə yaxın yaşayış sahəsi tikilməlidir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

A.Ələsgərovun sözlərinə görə, komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır.

Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahat olduğunu bildirib.

Komitə sədrinin sözlərinə görə, qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda məsuliyyətini artırıb: 

"Bu günə qədər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır”.

Şəhərsalmada əsas göstəricinin bir hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir.

Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran komitə sədri bu qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. 

Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol