• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Aslanlı: Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəkləyirik

Rüfət Aslanlı: Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəkləyirik
27.07.2016 10:17

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib. 

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Görüşdə çıxış edən MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirdi. 

Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı, bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir. 

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya bankların nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verdilər. Qeyd edildi ki, texniki partnyor olaraq İslandiyanın "Creditinfo” şirkəti seçilib. 

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol