• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni metroda işləmək istəyənlər üçün pulsuz kurslar təşkil edib

Bakı Metropoliteni metroda işləmək istəyənlər üçün pulsuz kurslar təşkil edib
27.07.2016 17:01
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üçün növbəti ödənişsiz kurs elan edir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, "Bakı Metropoliteni” QSC "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir. Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak edən xanımların yaş həddi 18-30 arası, boy isə minimum 170 sm olmalıdır. Kursa qəbul olunan xanımların orta təhsilli olması, Azərbaycan dilini əla səviyyədə bilməsi, Bakı şəhərində qeydiyyatda olmaları tələb olunur.

Kursa cəlb ediləcək oğlanlar üçün isə yaş həddi 22-30 arası, boy minimum 170 sm, hərbi mükəlləfiyyətli, təhsili texniki ali olmalıdır. Kursa müraciət edənlər Azərbaycan dilini mükəmməl bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır.

Kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır.

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı” xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 05.08.2016-cı il nəzərdə tutulub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol