• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Əliyev: İran hələlik xaricə “mavi yanacaq” ixrac edə bilmir

Natiq Əliyev: İran hələlik xaricə “mavi yanacaq” ixrac edə bilmir
28.07.2016 13:18
"Dünyada ən böyük təbii qaz yataqlarına malik olmasına baxmayaraq, İran hələlik xarici ölkələrə "mavi yanacaq” ixrac edə bilmir. İranın "National İran Gas” şirkətinin verdiyi məlumata görə, hazırda nəzərdən keçirilən variantlardan biri "İran LNG”-in tikintisinin bərpasıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev "Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib. 

"İkinci variant isə Fars körfəzindən Omana qaz kəməri çəkmək və oradan da qazı Avropaya ixrac etməkdir. Xatırladaq ki, 2009-cu ildə İranın Buşehr şəhərində imzalanmış "Memorandum”un müvafiq müddəalarına görə, "Assaluyeh” yatağından çıxarılan təbii qazın İraq və Suriya ərazisindən keçərək Avropaya çatdırılması nəzərdə tutulurdu. 

Layihəyə əsasən, boru kəmərinin İran-Suriya-Livan ərazisindən keçərək Aralıq dənizinin dibi ilə Yunanıstana çəkilməsi planlaşdırılırdı.

Eyni zamanda, həmin layihəyə əsasən, Suriyanın Latakiya və Tartus dəniz limanlarında böyük həcmli maye qaz terminallarının inşası nəzərdə tutulurdu. Lakin İrana qarşı qəbul edilən beynəlxalq sanksiyalar bu layihənin həyata keçirilməsinə mane oldu.

İran kimi iri təchizatçının bazara qayıdışının Avropa İttifaqının şaxələndirmə siyasətinə də uyğunluğunu və təbii qazın ixracı üçün lazımi infrastrukturun yaradılmasının müəyyən vaxt tələb etdiyini nəzərə alsaq, mavi yanacağın Azərbaycan ərazisindən nəqli və Cənub Qaz Layihəsinə qoşulması daha məqbul görünür. 

2015-ci ilin 23 noyabrında Tehranda keçirilmiş və Azərbaycanın da müşahidəçi qismində qəbul edildiyi Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Sammitində Azərbaycanın neft və qazın nəqli məqsədilə yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsi təklifi irəli sürülmüşdür. TransAnadolu (TANAP) qaz kəmərinə qoşulmağın qaz ixrac etmək istəyən region ölkələri, xüsusilə də İran üçün səmərəliliyi ideyası əsaslandırılmışdır.

Eyni zamanda, Prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlıq üçün çox gözəl perspektivlərin olması da xüsusi qeyd edilmiş, eləcə də Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə ilə bağlı mühüm mesajlar verilmişdir”, - deyə nazir qeyd edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol