Bugünkü valyuta hərracında tələb təklifi 9 dəfə üstələyib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib.
"Report"un əldə etdiyi məlumata görə, hərracda kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 9 dəfə üstələyib.
Belə ki, Fond hərraca həmişə olduğu kimi 50 mln. dollar çıxarıb. Bankların tələbatı isə 450 mln. dollar olub. Son nəticədə hərraca çıxarılmış valyuta kütləsi tam həcmdə satılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























