"Moody's" Azərbaycanın kredit reytinqini sabit saxlayıb

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiq edib.
"Report"un "Moody's" agentliyinə istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib.
Azərbaycan hökumətinin kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" müəyyən edilərək əvvəlki səvəyyədə saxlanılıb.
Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil" saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























