• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın Bakı və Berlin arasındakı reyslərində ikiqat millər

AZAL-ın Bakı və Berlin arasındakı reyslərində ikiqat millər
01.08.2016 16:04
1 avqust 2016-cı il, Bakı –"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir.

Sözügedən marşrut üzrə uçuşlara sentyabrın6-danoktyabrın29-dək (2016-cı il) aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də. Həmçinin, 30 oktyabr tarixindən etibarən (qış mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) bu marşrut üzrə uçuşlar davam etdiriləcək.

Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etməkkifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  
 (+99412) 598-88-80;

*8880.


AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] ünvanına və ya  www.azal.azsaytındakı əlaqə forması vasitəsilə göndərmək olar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol