• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənildi

Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənildi
03.08.2016 11:36
1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
 
Fonddan "APA-Economics"ə verilən məlumata görə, 2 avqust 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 2 mln. 273 min 767 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 847 min 792 manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 min 928 manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 min 355 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 4 mln. 959 min 841 manatdan artıq kompensasiya ödənilib.
 
Fond ictimaiyyətin nəzərinə çatdırır ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş "Dekabank” ASC, "Kredobank” ASC və "Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank” ASC, "Kredobank” ASC və "Zaminbank” ASC-nin baş ofisinə, "Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
 
Fond onu da bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
 
2 mart 2016-cı il tarixdən əvvəl illik 12%-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol