• $
  • €
  • ₽
  • ₺
  • £

Sentyabrdan İran Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq

Sentyabrdan İran Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq
05.08.2016 18:12
İran gələn aydan Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq.
 
Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft nazirinin müavini və milli qaz şirkətinin baş direktoru Həmidrza İraqi İran və Ermənistanın yeni qaz müzakirələri və bəzi xəbər saytlarında yayımlanan xəbərlərə münasibət bildirərkən deyib.
 
H. İraqinin sözlərinə görə, ötən ay Ermənistan daha çox qaza ehtiyacı olduğunu elan edib. "Bizim də Ermənistana daha çox qaz vermək imkanımız olduğu üçün onların təklifini qəbul etdik və ixracatı artırdıq. Gələn aydan isə Ermənistana qaz ixracı həcmini azaldacağıq. Ona görə ki, bizim onlara qaz ixracı  və onlardan elektrik enerjisi almağımıza dair müqavilədə müəyyən miqdar göstərilib və bu miqdarı tənzimləmək üçün  gələn aydan Ermənistana ixrac edəcəyimiz qazın həcmini azaldacağıq”, - deyə H. İraqi qeyd edib.
 
H. İraqi Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satılması məsələsinə də toxunub və bildirib ki, bu iş İranın özəl bir şirkəti tərəfindən həyata keçiriləcək: "Bu,  Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satışı İranın özəl bir şirkəti tərəfindən təklif olunub. Bu şirkət Türkmənistandan qazı alıb və bizə təhvil vermək istəyir ki, biz də bu qazı Azərbaycana sataq. Bu təkliflə bağlı biz razılığımızı bildirmişik və hazırda bu məsələni müzakirə edirik”.
 
H. İraqi Azərbaycan və İran arasında qaz mübadiləsinin davamlı olaraq həyata keçirildiyini vurğulayıb: "Azərbaycan və İran hazırda qaz mübadiləsini həyata keçirir. Biz qazı Azərbaycandan alıb Naxçıvanda təhvil veririk”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol