FED pul siyasəti üzərində nəzarətini itirməyə başlayır
FED faiz artırımı üçün ABŞ iqtisadi qurumlarından statistikaları gözlədiyi bir vaxtda, bazardan gələn siqnallar borclanma səviyyəsinin yüksəldiyini göstərir.
Bloomberg jurnalının analitiki Mark Gilbert dollar libor ilə FED-in faiz siyasətini təhlil edərək, FED-in pul siyasəti üzərində nəzarətini itirməyə başladığı qənaətinə gəlib.
FED-in son yığıcağı zamanı da faiz artırımına getməməsinin səbəblərini araşdıran ekspert bu ətalət halının bir müddət davam edəcəyi fikrindədir: "FED-in faizləri sabit buraxacağı daha realdır".
Bankaların bir-biriləri arasındakı borclanmada istifadə etdikləri faiz dərəcəsi olan libor yüzdə 0,80 həddinə qədər yüksəlsə də, FED-in faiz nisbəti siyasəti üzrə göstəricisi yüzdə 0,50 səviyyəsindədir.
Gilbert, iki nisbət arasında fərqin çoxalma meylinin davam etdiyi halda FED-in buna qarşı tədbirə əl atacağını ehtimal edir. Ekspert mərkəzi bankların faiz dərəcələrini təyin etmə prosesinin xaricində qalmasından məmnunluq duyacaq bir çox bazar oyunçusu olduğunu da vurğulayır. //fins.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























