• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka kreditlərinin verilməsi tormuzlanıb - EKSPERT

İpoteka kreditlərinin verilməsi tormuzlanıb - EKSPERT
10.08.2016 21:49
"2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələrdə, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib".

ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov 2016-ci ildə verilən ipoteka kreditləri ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, sosial ipoteka kreditlərindən faydalananlar ilk 6 ayda 236 mənzil ala biliblər: "Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormuzlanıb. Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib. Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsin imkan vermir. İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq hələlik kreditləşmə bərpa edilməyib". 

İqtisadçının fikrincə, İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən Zamin Bank olub: "İndiyədək fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən Zamin Bank bank sektorunda artıq olmasa da belə və nə qədər qəribə olsa da ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 17 997 ipoteka kreditinin 13 204-u Bakının payına düşüb. Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol