• $
  • €
  • ₽
  • ₺
  • £

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik
10.08.2016 17:21
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir. 

Belə ki, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində Bakcell abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir Bakcell abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər. 

Bakcell abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland,  İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar: www.bakcell.com/az/1000mb-in-roaming-cedvel

Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan Vodafone, Megafon, AirTel, Etisalat ilə aparılır.
Səfərdə olan Bakcell abunəçiləri "Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. "Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu keçiddən istifadə edin: //www.bakcell.com/az/bakcell-rouminq-app


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol