• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”

İlham Əliyev: “Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”
10.08.2016 21:10
Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir”.
 
APA-nın məlumatına görə, bu sözləri Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və "ASAN xidmət” mərkəzinin kollektivi ilə görüşən prezident İlham Əliyev deyib.
 
"Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir”, deyə prezident İ.Əliyev bildirib.
 
Dövlət başçısı qeyd edib ki, Qəbələ son illər yeni binalar, turizm obyektləri, ictimai binalar tikilib: "Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bəziləri bu məsələyə şübhə ilə yanaşırdılar. Ancaq bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox otellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Bax, bu gün burada vəziyyətlə tanış olarkən pəncərədən yeni atıcılıq mərkəzinin tikintisini müşahidə etdim”.
 
Prezident İlham Əliyev deyib ki, Qəbələnin inkişafı göz qabağındadır: "Burada yaşayanlar bunu görürlər. Mən də buna çox sevinirəm. Çünki Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir və burada bütün işlər zövqlə, səliqə ilə aparılır. Buraya gələn qonaqlar təbii ki, bunu görürlər. Görürlər ki, Azərbaycan necə gözəl ölkədir. Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir, gözəl şərait yaradılıb”.
 
Dövlət başçısı qeyd edib ki, Qəbələnin gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq: "Burada gündəlikdə dayanan əsas məsələ içməli su layihəsidir. Bu, icra edilir, xarici banklar vasitəsilə təşkil edilir. Ona görə, müəyyən dərəcədə yubanma var. Əgər biz bunu daxili imkanlar hesabına etsəydik, çoxdan başa çatdırardıq. Ancaq yenə də ümid edirəm ki, yaxın gələcəkdə içməli su problemi kanalizasiya xətləri ilə bərabər öz həllini tapacaq. Qəbələ rayonunda qazlaşdırma 70 faizə yaxındır. Rayonun relyefini nəzərə alsaq, hesab edirəm ki, bu da gözəl göstəricidir. Şəhərdaxili yolların tikintisinə ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq və Qəbələ rayonunun gələcək inkişafını təmin edəcəyik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol