• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik pambıqçılıqla məşğul olan fermerlərə müraciət etdi

Nazirlik pambıqçılıqla məşğul olan fermerlərə müraciət etdi
12.08.2016 17:10
Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqla məşğul olan fermerlərə müraciət edib.
 
"APA-Economics”in məlumatına görə, nazirlik bildirir ki, tezliklə başlanacaq pambıq yığımı üçün "Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində kifayət qədər texnika var və fermerlər texnika üçün müraciət edə bilərlər.
 
Məlumatda deyilir ki, bu il yığım üçün nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib: "ABŞ-nın "John Deer” və "Case” brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan "Belarus 80X” traktoru üzərində quraşdırılan pambıq yığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilməkdədir. Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatında prioritet sahələrdən olduğundan pambığın becərilməsində  texnoloji  əməliyyatları yerinə yetirmək məqsədilə bu il 41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyid səpən maşın,119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrə səpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib”.
 
Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarda əkilib və bol məhsul gözlənilir.
 
Fermerlər texnika ilə bağlı "Aqrolizinq” ASC-nin rayon bölmələrinə müraciət edə bilərlər. Səhmdar Cəmiyyətin 12 regionda nümayəndəliyi, 47 rayon bölməsi fəaliyyət göstərir. Rayon bölmələrinin istifadəsində 247 ədəd traktor, 818 ədəd müxtəlif kənd təsərrüfatı maşını var.
 
Kənd Təsərrüfatı Nazirliyi hər hansı problemlə qarşılaşarlarsa, fermerlərdən sabit (rayon, şəhər) telefonla 1652 telefon nömrəsinə ödənişsiz zəng edib, Nazirliyin Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol