• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar xalis dollar satışını 78 dəfə azaldıb

Banklar xalis dollar satışını 78 dəfə azaldıb
12.08.2016 17:49
Bu ilin ilk yarısında Azərbaycanda valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.
 
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti icmalında bildirilir.

İcmala əsasən, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatları 2,9 dəfə, avro ilə əməliyyatlar isə 2,8 dəfə azalıb. Valyuta bazarında əməliyyatların 79%-i ABŞ dolları, 21%-i digər valyutalarda aparılıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Cari ilin yanvar-iyun aylarında kommersiya bankları tərəfindən satılan xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. dollar, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib.

"Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib. 2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib", - deyə sənəddə qeyd olunub.

"İlk yarımillikdə AMB valyuta bazarında iştirakını minimuma endirib. Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda, 35 hərracda tam qarşılanıb. AMB-də valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olub. Yeni məzənnə rejiminin tətbiqi AMB-nin ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir", - AMB-dən bildiriblər. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol