• $
  • €
  • ₽
  • ₺
  • £

“Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xətti çəkiləcək”

“Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xətti çəkiləcək”
12.08.2016 21:34
"Əgər hər hansı fors-major hadisə baş verməzsə, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlər ilkin mərhələdə ilin sonuna kimi yekunlaşacaq."

"Report” xəbər verir ki, bu barədə "ASAN radio”nun "QəbuldASAN” verilişində qonaq olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanovun sözlərinə görə, işlərin əksər hissəsi yekunlaşıb: "İndi orda 8,3 km-lik torpaq yatağı qurtarıb. Təqribən 530 min kubmetr torpağın 450 min kubmetri daşınıb. Yol yatağının salınması da bitmək üzrədir. Körpünün 4 dayağı tam hazırdır. İnşallah ilin sonuna kimi bu yolun İrana keçən hissəsini təhvil verəcəyik."

Qurum rəsmisi deyib ki, dəmir yolunda orta aylıq əmək haqqı 30%-ə qədər artırılıb: "Əvvəl orta aylıq əmək haqqı 263 manat idi, amma indi onu biz 342 manata qədər qaldırmışıq. Ötən illərdə daşınmalardan gələn vəsaitlə yeni texnologiyalar tətbiq edilməyib. Bu gün dəmir yolunda çalışan işçilərin sayı təqribən yarıbayarı çoxdur. Onların hamısını ixtisara salmaq iqtisadi baxımdan düzgün deyil. Amma zaman-zaman yeni texnologiyaların gətirilməsi imkan yaradacaq ki, biz ixtisaslı kadrlarla daha çox işləyək”.

C.Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xəttinin çəkilməsinin planlaşdırıldığını da açıqlayıb: "Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər diqqətdədir. Bununla bağlı məsələlər araşdırılır. İstəyirik ki, aeroporta da qatarlar işləsin. İndi bu yolun layihəsi ilə məşğuluq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol