• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bir sıra iri müəssisəni hərraca çıxarıb

Azərbaycan bir sıra iri müəssisəni hərraca çıxarıb
28.05.2020 19:31
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

ƏMDK-nin mətbuat xidmətindən "Report”a bildirilib ki, Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib.

Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.
Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan «Mülkiyyət» qəzetində və Komitənin yenicə istifadəyə verilən özəlləşdirmə portalında yerləşdirilib.

Bundan başqa, Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti, gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan özəlləşdirmə portalında yerləşdirilib.

Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli şəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır. Eyni zamanda, ƏMDK tərəfindən "Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

ƏMDK yerli və xarici iş adamlarını, mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol