• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran gömrükçüləri mühüm məsələlərlə bağlı razılığa gəliblər

Azərbaycan və İran gömrükçüləri mühüm məsələlərlə bağlı razılığa gəliblər
16.08.2016 18:17
İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

Trend-in məlumatına görə, Şərqi Azərbaycan Vilayəti Gömrüklərinin rəisi Ələsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətlərilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.

Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım da iştirak edib.

Danışıqlar zamanı ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi,gömrük nəzarətində "bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.

Bir günlük səfər proqramı çərçivəsində Naxçıvanın bir sıra görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol