• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə: Çox saylı dövlət obyekti özəlləşdirməyə çıxarılacaq

Komitə: Çox saylı dövlət obyekti özəlləşdirməyə çıxarılacaq
18.08.2016 18:13
Əmlak Məsələləri Dövlət Komitəsi start verdiyi yeni özəlləşmə prosesi çərçivəsində özəlləşdirməyə yeni çıxarılmış dövlət əmlaklarının 18 avqust 2016-cı il tarixində ictimai təqdimatını keçirib. 

Oxu.Az-a komitədən verilən məlumata görə, tədbirdə komitənin aparat rəhbəri Azər Bəşirov və digər nümayəndələri, bir sıra səhmdar cəmiyyətləri və dövlət müəssisələrinin rəhbərləri iştirak ediblər. 

Tədbiri giriş nitqi ilə açan komitənin aparat rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq, yeni özəlləşdirmə prosesinə başlandığını nəzərə çatdırıb.

Bildirilib ki, dövlət başçısının sözügedən fərmanına əsasən, budəfəki özəlləşdirmə prosesində mühüm yeniliklər tətbiq edilməkdədir. 

Belə ki, özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 

Bu məqsədlə dövlət əmlakının özəlləşdirilməsi prosesində müasir optimal yanaşmaların tətbiq olunduğu, rahatlığı və şəffaflığı daha da artıran yeni Özəlləşdirmə Portalının yaradıldığı və əhalinin, yerli və xarici investorların və digər maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Özəlləşdirmə Portalı yeni istifadəyə verilsə də, qısa müddətdə istifadəçilərin sayı 22 mini keçib. İstifadəçilərin arasında Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Estoniya və digər ölkələrdən də var. 

Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Bu proseslərə nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Bu baxımdan dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni mərhələ başlanıb. 

Artıq Komitə tərəfindən çoxsaylı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması ilə bağlı müvafiq hərrac elanlarının və ətraflı məlumatların Komitənin rəsmi internet resurslarında, Özəlləşdirmə portalında, "Mülkiyyət” qəzetində və mətbuatda dərc olunduğu qeyd olunub. 

Aparat rəhbəri böyük ekranlı monitorda özəlləşdirilməyə çıxarılmış səhmdar cəmiyyətləri, dövlət müəssisə və obyektlərinin təqdimatını edərək hər biri barədə geniş məlumat verib. 

Təqdimat zamanı səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri monitorda əyani nümayiş etdirilib. 

Onların qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin banklar vasitəsilə edilməsi və s. barədə daha geniş və təfərrüatlı məlumat təqdim olunub. 

Məlumat verildiyi kimi, yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanmış və qeyd olunan Özəlləşdirmə Portalında yerləşdirilib. 

Portalda həmçinin özəlləşən müəssisə və əmlakların yerləşmə mövqeyi ilə bağlı xəritə məlumatları, mövcud infrastrukturu ilə tanış olmaq mümkündür. Bütün bunlar investorlara və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçılara satılan əmlaklar barədə daha təfərrüatlı məlumata malik olmağa şərait yaradır. 

Təqdimat çərçivəsində aparat rəhbəri bildirib ki, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və ictimai məlumatlandırmanın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Komitə bu cür təqdimatları mütəmadi olaraq hərraclar keçirildikcə ictimaiyyətə açıqlayacaq. Vətəndaşlar hərraca çıxarılan dövlət əmlakı barədə ətraflı informasiyanı şəffaf və sürətli qaydada əldə edə biləcəklər. 

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. 

Bildirilib ki, komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir. 

Qeyd olunub ki, mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılması nəzərdə tutulur. 

Xatırladaq ki, komitə tərəfindən ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. 

Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. 

Belə ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.   

Qeyd edək ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən komitə tərəfindən tətbiq edilən bu genişmiqyaslı yeniliklər ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və səmərəliliyinin artırılmasına xidmət edir. 

Bu tədbirlər böyük özəlləşdirmə prosesinə geniş əhali kütləsinin, daha çox xarici və yerli investorların cəlb olunmasına imkan verəcək. Bu isə nəticədə iqtisadi inkişaf tempinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların artırılmasına səbəb olacaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol