Səudiyyə Ərəbistanı birjasını xarici investorlara açdı

Yanvar ayından etibarən Körfəzin ən böyük birjasına sahib olan Səudiyyə Ərəbistanı Krallığında xarici investorların birjada səhm alışında iştirakına icazə verilib.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Sərmayə Bazarı Təşkilatı məlumat yayıb. Bildirilir ki, 2017-ci il yanvarın 1-də tətbiq olunacaq yeni qaydalar xarici investorlar üçün səhm alışında iştiraka sərbəstlik verəcək.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco”nun səhmlərinin 5 faizdən az hissəsinin satışa çıxarılması nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























