• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz-2" üzrə işlər 80%-ə yaxın tamamlanıb

"Şahdəniz-2" üzrə işlər 80%-ə yaxın tamamlanıb
22.08.2016 19:43
"2016-cı ilin birinci yarısında Şahdəniz Mərhələ 2 uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 77%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur".

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub. 

Məlumatda bildirilir ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Bu ilin ikinci rübündə İsrafil Hüseynov boru düzən gəmisi Şahdənizin şimal cinahındakı sualtı qurğular birləşməsindən platformaya qədər olan sualtı kəmərin kompleks quraşdırılmasını başa çatdırıb. Gəmi indi digər sualtı kəməri quraşdırmaqdadır və bundan sonra qərb cinahındakı daha iki sualtı kəməri quraşdırmaq üçün ora yönələcək.

"Xankəndi” sualtı tikinti gəmisinin suya endirilməsindən sonra, əsas kran quraşdırılmaq üçün bu yaxınlarda gəmiyə gətirilib. İndi istismara verilmə və sertifikasiya üçün hazırlıq işləri gedir. Bu işlər bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

"Azərbaycan” kran barjı Şahdənizin şimal cinahındakı bütün sualtı fontan qurğularının və infrastrukturun quraşdırılmasını müvəffəqiyyətlə başa çatıb.

Bu ilin birinci yarısında biz ATA sahəsində iki Şahdəniz 2 platformasının üst modullarının istismara verilməsinə başladıq və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb. Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsində hasilat və dikborular platformasının dayaq bloku üzərində bütün dikborular və hər iki nəhəng ponton çənləri quraşdırılıb və cari ildə dayaq bloku dənizə yola salınmazdan əvvəl onun yekun tikinti və sınaq işləri aparılır.

2016-cı ilin ikinci rübündə Azərbaycanda artıq 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
 
Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol