• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan neft ixracını artırıb, qaz ixracını isə azaldıb

Azərbaycan neft ixracını artırıb, qaz ixracını isə azaldıb
23.08.2016 13:40
2016-cı ilin birinci yarısında Azərbaycan 17 milyon 973,3 min ton neft ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. 

Oxu.Az bu barədə "İnterfaks-Azərbaycan”a istinadən xəbər verir. 

Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 4 milyard 774 milyon 918,2 min dollar təşkil edib (аzalmа 30,5%).

Birinci yarımillik ərzində 2 milyard 910 milyon 73,3 min dollar məbləğində ixraca yönələn bəyan olunmuş neftin həcmi 10 milyon 551,5 min ton təşkil edib.

2015-ci ildə Azərbaycandan 32 milyon 520 min ton neft ixrac olunub. 

Azərbaycan 2016-cı ilin I yarısında 4 milyard 62,1 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 7,8% azdır.  

Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri 706 milyon 333 min dollar (azalma 30,6%) təşkil edib.

Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş 113 milyon 972,6 min dollar dəyərində 714,4 milyon kubmetr qaz ixrac edilib.

Ötən il 8 milyard 405 milyon 244,65 min kubmetr qaz ixrac olunub.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də "Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol