• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanmış 9 bankın əmanətçilərinə 206 mln. manat kompensasiya ödənilib

Bağlanmış 9 bankın əmanətçilərinə 206 mln. manat kompensasiya ödənilib
24.08.2016 16:06
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi kommersiya banklarının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, indiyə qədər "Parabank” ASC-nin əmanətçilərinə 20,3 mln. manat, "Zaminbank” ASC-nin əmanətçilərinə 29,3 mln. manat, "Kredobank” ASC-nin əmanətçilərinə 9,9 mln. manat, "Dekabank” ASC-nin əmanətçilərinə 2,3 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 61,8 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan ümumi məbləğin təxminən 56%-ni təşkil edir.

Bundan başqa, bu həftədən başlayaraq "Atrabank" ASC-nin əmanətçilərinə 317,4 min manat, "Qafqaza İnkişaf Bankı" ASC-nin əmanətçilərinə isə 140 min manat kompensasiya ödənilib. Ümumilikdə 2 bank üzrə 457,4 min manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 3%-ni təşkil edir.

Həmçinin, ilin əvvəlindən indiyə qədər "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə 24,052 mln. manat, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895,5 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119,5 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, bu 3 bank üzrə 144,448 mln. manat ödəniş edilib. Bu, ödənilməli məbləğin təxminən 97%-ni təşkil edir.

Qeyd edək ki, ümumilikdə sadalanan 9 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği 206 mln. manatdan (75%) çoxdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol